Kiçik yaşlı cüdoçularımız Türkiyədə keçirilən beynəlxalq turnirdə 18 medal qazanıblar
Bakı, 14 mart, AZƏRTAC
Türkiyənin İzmit-Kocaeli şəhərində cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, 5 ölkədən 570 idmançının iştirak etdiyi yarışa “Təhsil” Respublika İdman Mərkəzinin və Bakı şəhəri 1 nömrəli idman liseyinin komandaları 52 idmançı ilə qatılıb.
Yarışda Mərkəzin idmançıları 6 qızıl, 2 gümüş, 1 bürünc, liseyin komandası isə 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıblar.