Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-da təlim-məşq toplanışında iştirak edəcək
Bakı, 25 avqust, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a təlim-məşq toplanışına yollanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Kolorado ştatının Denver şəhərində baş tutacaq hazırlıqda Olimpiya çəki dərəcələri üzrə 9 idmançı iştirak edəcək.
Toplanışa ilkin olaraq Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yollanıblar. Komandaya Tayfur Əliyev (60 kq) avqustun 26-da, Nicat Hüseynov (51 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) isə sentyabrın 2-də qoşulacaq.
Məşqlər sentyabrın 7-dək davam edəcək. Yığma daha sonra ABŞ-da beynəlxalq turnirə qatılacaq. Yarış sentyabrın 7-16-da baş tutacaq. Boksçularımız sentyabrın 17-də Vətənə qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]