Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarının başlayacağı vaxt müəyyənləşib
Bakı, 26 oktyabr, AZƏRTAC
Noyabrın 12-də kişi həndbolçular arasında Azərbaycan çempionatının 2022-2023-cü il mövsümünə start veriləcək.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış dairəvi sistem üzrə dörd dövrədən ibarət olacaq. Aprelin 30-dək davam edəcək çempionatın oyunları “AHF Arena”da keçiriləcək.
Hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcək.
Təsdiqlənən reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq.
Çempionatın ilk turunda “Təhsil” - U-16, “Məhsul” - “Bakı” və İdman Akademiyası - RİOEUGİM oyunları keçiriləcək.
Qadınların ölkə çempionatı isə noyabrın 19-da start götürəcək. Birinci turda İdman Akademiyası - “Azəryol” və “Azərsu” - U-16 matçları oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:04]
“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb
- 04.06.2026 [15:31]
Premyer Liqanın debütantı Avropa Futbol Klubları təşkilatına üzv olub
- 04.06.2026 [14:59]
“Qarabağ” Bosniya və Herseqovina millisinin qapıçısı ilə anlaşıb
- 04.06.2026 [14:29]
“Fənərbağça”nın prezidentinə həbs cəzası verilib
- 04.06.2026 [14:14]
“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb
- 04.06.2026 [13:12]