“Kitabların qanadlarında” adlı sürətli oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tərtər, 25 yanvar, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabların qanadlarında” adlı sürətli oxu müsabiqəsinə yekun vurulub.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, üç mərhələdə keçirilən müsabiqənin hər mərhələsində 3 fəal oxucu seçilib. Final mərhələdən sonra mədəniyyət işçilərinin və oxucuların iştirakı ilə qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Fərqlənən oxuculara sertifikatlar təqdim olunub.
Müsabiqənin marağa səbəb olduğu nəzərə alınaraq, layihənin Regional İdarənin tabeliyində olan digər şəhər və rayon nümayəndəliklərində də təşkil edilməsi nəzərdə tutulur.