Kitabxana “Qan yaddaşımız – Füzuli” adlı videoçarx hazırlayıb
Bakı, 21 avqust, AZƏRTAC
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal altında olan Qarabağ torpaqları ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İnformasiya-resurs şöbəsi “Qan yaddaşımız” adlı layihəni davam etdirir. Layihə əsasında işğal olunmuş Ağdam, Ağdərə, Kəlbəcər rayonları haqqında videoçarxlar təqdim edilib.
MKS-dən AZƏRTAC-a bildirilib ki, növbəti videoçarx Füzuli rayonu haqqındadır.
Kitabxana tərəfindən erməni vandalizmi nəticəsində 23 avqust 1993-cü ildə işğal olunmuş Füzuli rayonu haqqında videoçarx sosial şəbəkələrdə təqdim edilib.
Videoçarxda rayonun işğal tarixi, şəhid sayı, işğal olunmuş ərazisi və hazırkı əhali sayı göstərilir, bununla yanaşı, məscidlərin, ziyarətgahların, Füzulidən olan Milli qəhrəmanların adları, rayonun mədəniyyəti haqqında ümumi məlumat da verilir.
Videoçarxda Ədil Arifoğlunun videolentə aldığı çəkilişdən görüntülər də nümayiş olunur. Həmçinin ermənilər tərəfindən talan edilmiş tarixi abidələr və yaşayış məskənlərinin fotoları göstərilir.
Füzuli rayonunun Gorazilli və Yuxarı Güzdək kəndlərindən olan videolentlər də videoçarxda təqdim olunur.
Videoçarxda Füzuli rayonu haqqında məlumat, ermənilərin rayonu işğal etdikləri dövr və Horadiz əməliyyatı ilə bağlı məlumatlar kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən virtual izləyicilərə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]