Kitabxanada Nəsiminin 650 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar tədbirlər planı təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar il ərzində Yasamal rayonunun kitabxanalarında 65 tədbirin keçirilməsi nəzərdə tutulub. Tədbirlərə bədii qiraət, inşa və rəsm müsabiqələri, dəyirmi masa, məlumat və qəzəl saatlarının təşkili və “ucadan oxu”ların keçirilməsi, interaktiv plakatın, iki dildə videoçarxın hazırlanması və s. daxildir.
Kitabxanaçılar oxucularla birgə şairin abidəsi önündə də bir neçə tədbir təşkil edəcək. Həmçinin bir sıra tədbirlər Rusiya, Belarus, Qırğızıstan və Ukraynanın kitabxanaları ilə birgə təşkil ediləcək.