KİV: “Dəmir qübbə” sistemi Ukraynada effektiv olmayacaq
Bakı, 18 may, AZƏRTAC
İsrailin razılığının alınacağı təqdirdə ABŞ-ın Ukraynaya verəcəyi bir və ya iki “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi praktiki planda əhəmiyyətli dəyişiklik yaratmayacaq.
AZƏRTAC xəbər verir ki, “The Jerusalem Post” qəzeti bu barədə hərbi ekspertlərə istinadla yazıb. Onların sözlərinə görə, “Dəmir qübbə” hava hücumundan müdafiə sistemlərinin Kiyevə tədarükü Ukrayna ərazisinin böyüklüyü və raketlərin daha müasir olması səbəbindən yalnız məhdud rəmzi məna daşıya bilər.
Bu, Ukraynanın bəzi rəsmi şəxsləri tərəfində də etiraf olunur. Qəzza sektorundan təhdidlərin qarsısını almaq üçün İsrailə 10 sistem kifayət etsə də, Ukraynaya onlarla belə sistem lazım gələcək. ABŞ-ın Ukraynaya verəcəyi bir-iki “Dəmir qübbə”nin elə bir effekti olmayacaq.
“Dəmir qübbə” Amerika və İsrailin birgə layihəsi olduğundan onların Kiyevə tədarükü üçün hər iki dövlətin icazəsi lazımdır. Nəşrin məlumatına görə, İsrail rəhbərliyi həmin sistemlərin Kiyevə verilməsinə Moskvanın reaksiyasından ehtiyatlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]