KİYEVDƏ MDB ÖLKƏLƏRİNİN XARİCİ SİYASƏT VƏ GÜC QURUMLARININ BİRGƏ İCLASI KEÇİRİLƏCƏK
İclasda cinayətkarlıqla mübarizə sahəsində birgə tədbirlərə dair 2003-2004-cü illər üçün dövlətlərarası proqramın həyata keçirilməsinin gedişi, cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə sahəsində MDB ölkələrinin hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələsi, habelə qanunsuz miqrasiyanın qarşısının alınmasında və terrorizmlə, ekstremizmin digər təzahürləri ilə mübarizədə əməkdaşlıq konsepsiyasının layihəsi müzakirə ediləcəkdir.
İclas iştirakçıları cinayətkarlıqla, terrorizmlə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında MDB Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının qəbul etdiyi sənədlərin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların yerinə yetirilməsinin gedişini də nəzərdən keçirəcəklər.
İclas ərəfəsində, aprelin 7-də “Mütəşəkkil cinayətkarlıqla, terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə və digər müasir təhlükə və təhdidlərlə mübarizədə MDB dövlətləri arasında əməkdaşlığın təkmilləşdirilməsi” mövzusunda 4-cü beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]