Kiyevə raket qalığının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
Kiyev, 26 yanvar, AZƏRTAC
Rusiya raketi Kiyevin Qoloseyevski rayonunda qeyri-yaşayış binasına düşüb. Hücum nəticəsində ölən və xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
"Qoloseyevski rayonundakı qeyri-yaşayış binalarına raketin düşməsi nəticəsində bir nəfərin öldüyü və iki nəfərin yaralandığı barədə məlumat var. Yaralılar həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib", - deyə Kliçko bildirib.
Eyni zamanda, Kiyev Şəhər Hərbi Administrasiyası hava hücumundan müdafiə sisteminin vurduğu Rusiya raketinin bir hissəsinin Qoloseyevski rayonuna düşdüyünü açıqlayıb.
İlkin məlumata görə, raket hücumu nəticəsində 55 yaşlı kişi ölüb.
Qeyd edək ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun daha öncə yaydığı məlumata görə, yanvarın 26-da genişmiqyaslı hücum zamanı Rusiya hərbçiləri Kiyevə doğru 15 raket atıblar. Bütün hava hədəfləri hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]