Kocaelidə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə konfrans keçirilmişdir
Ankara, 29 fevral (AZƏRTAC). Türkiyənin Kocaeli şəhərindəki Qəbzə Yüksək Texnologiya Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Erməni iddiaları və Xocalı qətliamı” mövzusunda konfrans keçirilmişdir.
Salona toplaşmış tələbə və müəllimlər Heydər Əliyev Fondunun təqdim etdiyi “Xocalı qətliamı” sənədli filminə baxmışlar.
Konfransda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva bildirmişdir ki, biz Xocalı və digər qətliamlarla bağlı həqiqətləri anlatmasaq, ermənilər öz yalanları ilə dünyanı aldatmağa davam edəcəklər. Tariximizi daha mükəmməl təbliğ etməli, gənclər öz millətinin keçmişinə sahib çıxmalıdırlar.
Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan isə bildirmişdir ki, 20 ildir Türkiyədə Xocalı soyqırımını tanıtmaq üçün tədbirlər keçirilir. Artıq insanlarımız Xocalıda törədilmiş vəhşilikləri yaxşı bilir və lənətləyirlər. Bu il milyonlarla insan meydanlarda, universitetlərdə və təşkilatlarda Xocalı qətliamı qurbanlarının xatirəsini yad etdilər. Türkiyə parlamenti ilk dəfə bununla bağlı bəyanat verdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]