KÖÇKÜNLƏR ÜÇÜN YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
Xanlar rayonunun Şəhriyar kəndində məskunlaşan 267 nəfər Kəlbəcər köçkününün 80 nəfəri məktəbyaşlı uşaqlardır. Dövlətimizin diqqət və qayğısı sayəsində bu ildən həmin şagirdlər təhsillərini yeni məktəb binasında davam etdirəcəklər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi köçkünlərin sosial inkişaf fondunun vəsaiti hesabına tikilmiş yeni məktəbə lazimi qədər inventar da alınmışdır. Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu, cari ildə Kəlbəcər şagirdləri üçün tikilən 3-cü məktəbdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]