KÖÇKÜNLƏRİN SOSİAL PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Ağcabədi rayonunun ərazisində fəaliyyət göstərən 31 köçkün məktəb daş evlərlə, vaqon otaqlarla təmin olunmuşdur. Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, çadır şəhərciklərində tibb məntəqələri, mədəni-məişət obyektləri tikilib istifadəyə verilmişdir. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Xilasetmə Komitəsinin, digər humanitar təşkilatların köməyi ilə Ağcabədi rayonunda qaçqın və məcburi köçkünlər üçün yeni iş yerləri yaradılmış, 8 dülgərlik , 6 dəriaşılama, 12 texniki xidmət və tikiş sexi açılmışdır.
Qaçqın və məcburi köçkünlərin kənd təsərrüfatı ilə məşğul olması üçün onların müvəqqəti istifadəsinə 5 min 800 hektar əkin sahəsi ayrılmışdır.