Köln şəhərində iki tramvay toqquşub, azı 40 nəfər xəsarət alıb VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Almaniyanın Köln şəhərində iki tramvay toqquşub, nəticədə 40 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 16-na tibbi yardım göstərilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident dəmir yolu nəqliyyatının hərəkətində gecikmələrə səbəb olub.
Polis idarəsindən verilən məlumata əsasən, maşinistlərin birinin sərxoş olduğu müəyyən edilib. Hazırda ekspertlər qan analizinin cavabını gözləyir. Köln nəqliyyat xidməti də eyni informasiyanı yayıb.
Qəzanın alkoqolun təsiri altında olan sürücünün təqsiri ucbatından baş verdiyi ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]