Konfrans Liqasında 1/8 finalın püşkü atılıb, “Fənərbağça”nın rəqibi məlum olub
Bakı, 23 fevral, AZƏRTAC
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu raundda üz-üzə gələcək cütlər müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu 1/8 finalda PAOK-la qarşılaşacaq.
Türkiyə təmsilçisi “Fənərbağça” isə Belçikanın “Union” komandasına rəqib olub.
UEFA Konfrans Liqası
1/8 final cütləri
“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)
“Molde” (Norveç) - “Brügge” (Belçika)
“Union” (Belçika) - “Fənərbağça” (Türkiyə)
“Dinamo” Zaqreb (Xorvatiya) - PAOK (Yunanıstan)
“Şturm” (Avstriya) – “Lill” (Fransa)
“Makkabi” Hayfa (İsrail) - “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) - “Makkabi” Təl-Əviv, (İsrail)
Qeyd edək ki, Konfrans Liqasında 1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]