“Konkord” təyyarəsi tarixi irs sırasına daxil edilib
Paris, 5 may, AZƏRTAC
Aviasiya əfsanəsi olan “Konkord” (Concorde) təyyarəsi tarixi abidələr sırasına daxil edilib.
AZƏRTAC xəbər verir ki, Fransanın mədəniyyət naziri Raşida Dati 1 nömrəli “Konkord”un və onun avadanlıqlarının tarixi abidələr kimi təsnif edildiyini açıqlayıb.
Təyyarə hazırda Tuluz şəhərində Hava və Kosmik Akademiyasına məxsusdur. Bildirilir ki, qərar İrs və Memarlıq üzrə Milli Komissiyanın martın 13-də keçirilən iclasının üzvlərinin yekdilliklə müsbət rəyindən sonra qəbul edilib. Bu qərar “Konkord”un inkişafının beynəlxalq aviasiya tarixində tutduğu imtiyazlı yeri və onun qorunmasında ictimai marağı tanıyıb.
2014-cü ildən bəri Blanyakdakı Aeroskopia Muzeyində nümayiş etdirilən əfsanəvi səsdən sürətli təyyarənin bu ilk istehsal nümunəsi müstəsna irs dəyərinə görə qorunan təyyarələr qrupuna qoşulur.
1967-1979-cu illər arasında hazırlanmış 20 təyyarədən 6-sı Fransada olmaqla dünyada 18-i saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]