DÜNYA
Konqresmen Emmerin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyi irəli sürülüb
![Konqresmen Emmerin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyi irəli sürülüb](/files/2023/3/1200x630/16981799162755426511_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Respublikaçıların əksəriyyəti qapalı səsvermədən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə yeni namizəd kimi konqresmen Tom Emmerin (Minnesota ştatı) irəli sürülməsini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı KİV-lərində məlumat yayılıb.
Emmer indi spiker seçilmək üçün Nümayəndələr Palatasının tam tərkibində səs qazanmalıdır. Lazım olan 217 səsi əldə etmək üçün o, Konqresin aşağı palatasında respublikaçılar arasında partiyadaxili fikir ayrılığına son qoymalıdır.
Qeyd edək ki, oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasını dəstəkləyib. Beləliklə, Nümayəndələr Palatasının sədri ABŞ tarixində ilk dəfə olaraq vəzifəsindən uzaqlaşdırılıb. Patrik McHenry müvəqqəti olaraq bu vəzifəni icra edir.
Makkarti vəzifəsini tərk etdikdən sonra konqresmenlər Cim Cordan və Stiven Skaliz lazımi sayda qanunvericinin dəstəyini qazana bilməyiblər.
Yeni spiker seçilənə qədər Konqresin aşağı palatasının işi praktiki olaraq iflic vəziyyətdədir.