KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ STRASBURQA SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Luizidus Vildhaberin dəvəti ilə yanvarın 18-də Strasburqa səfərə yola düşüb.
Səfər zamanı Fərhad Abdullayev Strasburqda keçirilən “Hakimlər arasında dialoq” mövzusunda beynəlxalq seminarda iştirak edəcək və bir sıra Avropa konstitusiya məhkəmələrinin sədrləri və Avropa İnsan Hüquqları Məhkəməsinin rəhbərliyi ilə görüşlər keçirəcəkdir.
Seminarda və görüşlərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti və çıxarılan qərarlarla bağlı məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]