Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirus pandemiyası dövründə hər birimizin məsuliyyəti

Koronavirus pandemiyası dövründə hər birimizin məsuliyyəti

Bakı, 17 iyun, AZƏRTAC

2019-cu ilin sonlarında Çində qeydə alınmış COVID-19 virusu çox sürətlə yayılmaqla bu gün dünyanın ən mühüm qayğısına çevrilib.

Artıq müxtəlif qitələrdə qərarlaşmış, yüz milyonlarla insanı təhdid edən epidemiyanın qurbanları yüz minlərlə hesablanır. Bəşəriyyət tarixində yaşanmış bütün faciələr kimi, bu gün dünyanın, demək olar ki, hər yerində, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi pandemiyada - epidemiya prosesinin zirvəsi olan hadisədə gecikmiş qərarların oynadığı rolu da görməmək olmur. Nə cür görünməsindən, bəşəriyyət üçün hansı nəticələrə gətirib çıxarmasından asılı olmayaraq koronavirusun verdiyi dərslərdən artıq ibrət çıxartmaq üçün xeyli əsaslar var.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Hər birimizin məsuliyyəti” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, 2020-ci ilin yanvar ayında COVID-19 virusu Çində ilk qurbanlarının statistikasını başlayıb və əlbəttə, dünyanın ən “mükəmməl kəşfiyyat sistemlərini” yaradan, illik büdcəsi milyardlarla dollar həcmində ölçülən elmi-tədqiqat institutlarında dünyanın ən savadlı və kreativ alimlər nəslinin çalışdıqları nəhəng dövlətlərin belə, ağlına gəlməmişdi ki, preventiv tədbirlər görsün. Yüz illər sonra təbiətdə gedəcək proseslərin təhlilini aparmaq iddiasında olan elmi potensialı ilə öyünən dövlətlər və güc mərkəzləri bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatının elan edəcəyi pandemiyanın Antarktida istisna olunmaqla bütün qitələrə yayılacağını təxmin edə bilməmişdilər...

Heyrətamiz faktdır, deyilmi?

Hesab edirik ki, koronavirusun verdiyi ən mükəmməl dərslərdən biri budur: qloballaşan şəraitdə belə, dünyanın fors-major situasiyaya hazır olmadığı məlum oldu. Başımızın üstünü kəsdirmiş bəla ilə üz-üzə qalan ən inkişaf etmiş ölkələrdə insanların qorxu və vahimə içərisində “ərzaq təhlükəsizliklərinin” qayğısına qalma cəhdləri, cəmiyyətlər üçün təlaş və qorxu sindromunun anındaca işə düşməsi də yaddaqalan kədərli mənzərələrdən oldu. Müşahidə edilən situasiyalardan biri və ən başlıcası isə inkişaf səviyyəsinə proporsional olaraq bütün insan toplumları üçün “qızıl qaydalar”ın heç də həmişə ilkin olaraq xatırlanmadığını ortaya çıxartdı. Həmin “qızıl qayda”nın isə əsas prinsipi belədir: şayiələrə uymadan təhlükənin reallığını dərk etmək və mümkün profilaktik tədbirlər görmək.

Bu baş verənlərin fonunda Azərbaycanda koronavirusa qarşı tədbirlər planı barədə xatırlatmalar etməklə söhbətimizə beynəlxalq təşkilatların ölkəmizlə bağlı qənaətlərini yada salmaq istərdik. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda COVID-19 pandemiyasının təsir və miqyasının məhdudlaşdırılması istiqamətində ölkəmizin qurulan işləri və atılan addımları təqdir edib. Həmin məktubda maraq doğuran cəhətlərdən biri ÜST-nin dünya dövlətləri üçün tövsiyə etdiyi addımların artıq Azərbaycanda praktikləşməsinin etiraf edilməsi idi. Məktub dünya səhiyyəsi sahəsində ən böyük qurum hesab edilən ÜST təkliflərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin tərkib hissəsi olmasını ortaya qoyub. Azərbaycanın infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verməsi də məktubda təqdir edilən məsələlərdən idi. Bu isə ölkədə hazırlanaraq həyata keçirilən kompleks tədbirlər planının tərkib hissəsi idi. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, quru sərhədləri bağlanılıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblərin bağlanılmasından əlavə, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib və karantin rejimi tətbiq olunub.

Bütün bunlara baxmayaraq, COVID-19 mart ayının ikinci ongünlüyündə Azərbaycanda ilk qurbanını tapdı və artıq ayın üçüncü ongünlüyündə bu məşum epidemiyanın yaratdığı statistikada yeni səhifələr yazdı. Dövlət sərt karantin addımlarını atmaq məcburiyyətində qaldı, növbəti ayın, aprelin 2-dən “SMS-lə icazə” sistemi işə salındı. Dövlətimiz bir daha vətəndaşının sağlamlığının onun sosial siyasətində əsas prioritetlərdən biri olduğunu əməli işlərlə göstərdi. Bu, göstəricilər işsiz vətəndaşlara ayda 190 manat birdəfəlik yardımların verilməsi, orta sahibkarlara dəstək siyasəti ilə gerçəkləşdi.

Bütün bunları - cəmiyyətimiz və dövlətimizdə koronavirusla bağlı görülən işləri, cəmiyyətin əksər nümayəndələri kimi, bir ziyalı olaraq diqqətlə izlədiyimizi qeyd etməyi lazım bilirik. Prezident İlham Əliyevin Sərəncamı ilə koronavirus pandemiyasından yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbir olaraq ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə dəstək üçün 1 milyard manat ayrılmasını, koronavirus xəstəxanalarının açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən iştirak etmələrini də bütün ölkə əhalisi kimi izlədiyimizi qeyd edək. Bütün bunlar hər bir məqamda xalqın yanında dayanmaq nümunəsidir. Cəmiyyətimizin sosial fəal kəsimi olaraq dövlətin, onun xalqının iradəsini ifadə edən rəhbərinin bu cür səksəkəli məqamlarda öz vətəndaşlarının yanında dayanmasının rahatlığını yaşamaq həm də qürurvericidir.

Koronavirusa qarşı mübarizədə hökumətin qarşısında duran vəzifələr kifayət qədərdir və həmin vəzifələrin necə yerinə yetirildiyi Nazirlər Kabineti yanındakı Operativ Qərargahdan verilən gündəlik hesabat xarakterli məlumatlarla ölkə vətəndaşlarına çatdırılır. Bununla birlikdə, onu xüsusi olaraq qabartmağı lazım bilirik ki, dünyanın bütün qitələrində meydan oxuyan pandemiyaya qarşı tədbirlərdə hökumətlə bərabər, ölkə vətəndaşlarının üzərinə düşən məsuliyyət yükü də qeyd edilməlidir. O yükün nədən ibarət olduğunu ölkəmizin rəhbəri Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə yada saldı və bunu hamımız xatırlayırıq. Ədalət naminə, deməliyik ki, ölkə vətəndaşlarımızın əksəriyyəti sonrakı davranışları ilə hökumətin koronavirusa qarşı tədbirlərinə qoşularaq əsl həmrəylik nümayiş etdirsələr də bu, ölkə əhalisinin hamısını əhatə etmədi. Nəticə olaraq pandemiya ilə bağlı statistikada xoşagəlməz inkişaf tendensiyası müşahidə olundu və hökumət karantin şərtlərini sərtləşdirmək məcburiyyətində qaldı. Təəssüf ki, bir çox kütləvi informasiya vasitələri - istər çap, istərsə də elektron, üstəlik, sosial şəbəkə resursları görməli olduqları işi sanki unudur, əvəzində isə gözlənilməsi həyati vacib qaydalara yüngül münasibət aşılamağa daha çox meyil edirdilər.

Halbuki söhbət həyati əhəmiyyətli, milli təhlükəsizlik məsələsinin təhdid altında olmasından gedirdi. Belə bir məqamda ölkəmizdə mübahisəsiz olaraq informasiya sahəsində dominantlıq edən televiziyaların bəzilərində gedən kütləvi verilişlərə respondent kimi dəvət edilən mədəniyyət və incəsənət adamları, hətta elm xadimləri tapılırdı ki, COVID-19-u az qala soyuqdəymə və yaxud qrip kimi adiləşdirməyə çalışsınlar. Təəssüf ki, hadisələrin sonrakı inkişafı onların buna az da olsa nail olduğunu göstərdi.

Qətiyyətlə demək olar ki, bu şəkildə çıxış edənlərdən niyə belə etdiyini soruşan tapılsa, o kəslər əhalidə vahimə yaratmamaq üçün oxşar çıxışlarına bəraət qazandırarlar. Əslində, elə deyil, ölkə vətəndaşlarının hər biri bilməlidir ki, onun özü, əzizləri, doğmaları, təmasda olduğu və ola biləcəyi hər kəs marıqda dayanmış düşmənin hədəfindədir. Cəmiyyətdə az-çox nüfuzu olan sənət və elm adamları, ziyalılar, özünü cəmiyyətdə baş verənlərə məsul hesab edən hər kəs bunu nəinki birmənalı olaraq qəbul etməli, ətrafında olan insanlara da aşılamalıdır.

Təmsil olunduğum Azərbaycan Dövlət Pedaqoji Universitetində də ölkənin digər ali təhsil müəssisələri kimi distant təhsil forması tətbiq edilib və həmin virtual dərslər zamanı müəllimlərimizin hökmən toxunduğu məsələlərdən birincisi tələbələrlə söhbətlərdə mövzulara keçidin sosial məsafənin qorunmasının vacibliyi və maskalardan istifadənin nə qədər zəruri olması barədə söhbətlər olur. Müəllimlərimiz bunu vacib sayırlar.

Sosial məsafə gözləmək və tibb maskaları taxmağın özü də labüd görünəcək qədər yaxın olduğumuz virusdan tam sığortalanmaq deyil. Bu adi həqiqəti gündəlik həyatımızda gördüklərimiz, müxtəlif auditoriyalarda təmasda olduğumuz insanlara çatdırmaq özünü ziyalı sayan hər kəsin məsuliyyət borcu olmalıdır. Onu da insanlarımıza təlqin etməliyik ki, bu məsələdə şəxsi gigiyenamızın özü belə, sosial mahiyyət kəsb etməyə başlayıb.

Bizim hər birimiz bilirik ki, kütləviliyi ilə fərqlənən yas mərasimlərində olmaq insanlıq borcudur, lakin onu da unutmamalıyıq ki, hər belə məclis potensial təhlükə mənbəyidir. Siz, əslində, bu cür mərasimlərdə olmaqla cəmiyyət üçün riskli addım atdığınızın fərqində olmalı və bu həqiqəti ətrafınızdakılara təlqin etməlisiniz.

Hesab edirik və ona çağırırıq ki, ətrafımızda koronavirusa ötəri hal kimi baxan və hərəkətləri, davranışları ilə bunu nümayiş etdirən kəslərin yanından da laqeydcəsinə ötüb keçməli deyilik.

Hər birimiz ancaq şəxsi həyatımız üçün deyil, ətrafımızdakı insanlar üçün də yox, millətimizin gələcəyinə görə məsuliyyət daşıdığımızı nəinki hiss etməli, o məsuliyyəti gündəlik həyat normasına çevirməyi bacarmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı şair Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransda çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr