Kral Çarlz və Kraliça Kamilla tarixi səfər üçün Kanadaya gəlib
London, 27 may, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Kanadaya iki günlük tarixi səfərlərinə başlayıblar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, səfər ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Kanadaya dəstək mesajı kimi qiymətləndirilir.
Yeni seçkilərdə Trampa qarşı yönəlmiş əhval-ruhiyyə fonunda qalib gələn Baş nazir Mark Karni Kral və Kraliçanı Ottava hava limanında qarşılayıb.
Bu, Kral və Kraliçanın taxta çıxdıqdan sonra Kanadaya ilk səfəridir. Onlar əvvəlcə yerli icma festivalında iştirak edəcək, daha sonra Baş nazir Mark Karni ilə rəsmi görüş keçirəcəklər.
Səfərin əsas məqamı isə çərşənbə axşamı Kanadanın Parlamentində Kralın çıxışı olacaq. Bu, son 50 ildə bir monarxın Kanadada Parlament qarşısında ilk dəfə rəsmi nitq söyləməsi olacaq. Nitqdə Kanadanın suverenliyinin müdafiəsi ilə bağlı fikirlərin səslənəcəyi gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]