Kraliça II Elizabetin “rəsmi” 90 illiyi qeyd olunur VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
Böyük Britaniyada kraliça II Elizabetin 90 illiyi şərəfinə təntənəli mərasimlər başlayıb. Kraliça aprelin 21-də anadan olsa da, onun rəsmi ad günü ənənəyə uyğun olaraq iyun ayında qeyd edilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, təntənəli mərasimlər II Elizabetin tort kəsməsi və əsas siqnal alovunu yandırması ilə başlayıb. Axşam isə kraliça ailəsi Kembric hersoqu və hersoginyası, şahzadə Harri və bir neçə monarxiya üzvü ilə şam süfrəsi arxasında əyləşib.
Böyük Britaniyada kraliçanın ad gününə həsr olunan şənliklər bir neçə gün çəkir. Bu dəfə festival və təntənəli mərasimlər həftə sonuna qədər davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]