“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb
Bakı, 18 iyun, AZƏRTAC
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalanıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. İ.Piriyev 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debüt edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]