Əsas kapitala yönəldilmiş investisiyanın 21,8 faizi tikinti işlərinə xərclənib
Bakı, 18 iyun, AZƏRTAC
Yanvar-may aylarında əsas kapitala yönəldilmiş investisiyanın 1 milyard 450,7 milyon manatı və ya 21,8 faizi tikinti işlərinin yerinə yetirilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş investisiyanın 957,7 milyon manatı və ya 14,4 faizi isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Hesabat dövründə ölkədə 51,8 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 4,6 faizi tikinti sahəsində istehsal edilib. Emal sektorunda tikinti materiallarının istehsalı 5,9 faiz artıb.
İyunun 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 6,6 faizi tikinti sahəsində məşğul olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]