Müdafiə Nazirliyi: Türkiyə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyə ümid edir
Ankara, 18 iyun, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ ilə İran arasında münaqişənin sona çatdırılması haqqında memorandumun imzalanmasından məmnunluğunu ifadə edib.
AZƏRTAC xəbər verir ki, nazirlik imzalanan sənədin regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Müdafiə Nazirliyi qeyd edib ki, Ankara sülhün və sabitliyin qorunmasına prioritet vəzifə kimi baxmağa davam edəcək, problemlərin dialoq və diplomatiya yolu ilə həlli səylərini dəstəkləyəcək.
“Bu kontekstdə razılaşmalara əməl etmək və dialoqun sabotajı cəhdlərinin qarşısını almaq üçün bütün maraqlı tərəflərin sayıqlıq, təmkin və məsuliyyət göstərməsi vacibdir. Hörmüz boğazındakı hadisələr Türkiyənin diqqət mərkəzindədir. Dəniz ticarətinin və gəmiçilik təhlükəsizliyinin qorunması, enerji təchizatının təmin edilməsi qlobal sabitlik üçün çox vacibdir. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində bu məqsədlərə çatmağa yönəlmiş səylərə töhfə verməyə hazırdır”, - deyə Türkiyə Müdafiə Nazirliyi əmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]
Antalyada Roma dövrünə aid mozaika aşkar edilib
- 18.06.2026 [14:42]
Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir
- 18.06.2026 [14:40]
Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir
- 18.06.2026 [14:35]