Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb
Bakı, 18 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal–polimer katalizatorları laboratoriyasının əməkdaşlarının elmi məqaləsi beynəlxalq elmi jurnalda çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Nikel kompleksinin formalaşması üçün kvaternizə olunmuş xitozanəsaslı daşıyıcılar :İQ və RFA üsulları ilə struktur xüsusiyyətlərinin tədqiqi” (Benzyl Chloride–Quaternized Chitosan as a Tailored Support for Nickel Complex Formation: Structural Insights from FTIR and XRD) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənən, Q4 kateqoriyalı “Polymer(Korea)” jurnalında dərc olunub. Məqalədə benzil xloridlə kvaternizə edilmiş xitozanəsaslı polimer daşıyıcıların nikel komplekslərinin formalaşmasında effektivliyi tədqiq edilib. Araşdırmada benzil xloridlə kvaternizə olunmuş xitozanəsaslı polimer daşıyıcıların nikel komplekslərinin formalaşmasında rolu və effektivliyi araşdırılıb. Tədqiqat çərçivəsində FTIR və XRD analizləri vasitəsilə materialların struktur xüsusiyyətləri və metal–polimer qarşılıqlı təsirləri ətraflı şəkildə təhlil olunub.
Alınan nəticələrin perspektivdə benzolun selektiv hidrogenləşməsi kimi mühüm katalitik proseslərdə tətbiq olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:27]
Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
- 18.06.2026 [13:18]
Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]