Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 19-da və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi ayın 20-si gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 32-37 dərəcə isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, iyunun 19-da və 20-də əksər rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq ərazilərdə 20-25, bəzi yerlərdə 27-30 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]