Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
Brüssel, 18 iyun, AZƏRTAC
Avropa İttifaqında (Aİ) qanunsuz yaşayan üçüncü ölkə vətəndaşlarının geri qaytarılması prosedurlarını sərtləşdirən yeni miqrasiya qaydaları təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Brüsselin yeni qanunvericiliyi qeyri-qanuni miqrantların daha sürətli deportasiyasını təmin etməyi və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Qaydaların əsas yeniliklərindən biri Aİ hüdudlarından kənarda “geri qaytarma mərkəzləri”nin – “return hubs”ların yaradılmasına icazə verilməsidir. Bu mərkəzlərdə ölkədən çıxarılma qərarı verilmiş şəxslər müvəqqəti saxlanıla biləcəklər. Həmçinin miqrantların geri qaytarılma prosesində hakimiyyət orqanları ilə əməkdaşlıq etmək məcburi olacaq.
Yeni qaydalar riskli hesab edilən şəxslər üçün daha uzun saxlanma müddəti, sərt giriş qadağaları və deportasiya qərarlarının Aİ ölkələri arasında qarşılıqlı tanınmasını da nəzərdə tutur. Tənqidçilər isə bu tədbirlərin insan hüquqlarının pozulmasına səbəb ola biləcəyini bildirirlər.
Qanunun yaxın aylarda qüvvəyə minəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:53]
Macarıstanda 20 Avqust atəşfəşanlıq proqramında dəyişiklik edilir
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]