Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək
Bakı, 18 iyun, AZƏRTAC
Bir neçə Avropa ölkəsi Amerika kontingentinin Avropada yerləşdirilməsinin effektivliyini artırmağı hədəfləyən Pentaqonun araşdırmasına daxil edilməyəcək.
AZƏRTAC xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset bunu Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə açıqlayıb.
“Bu, bəzi ölkələr üçün uğursuz olacaq, digərlərinin isə uğurla keçəcəyi bir baxışdır. Nəticə etibarilə bu, həm Amerika qoşunlarının dislokasiyasını və yerləşdirilməsini yaxşılaşdırmağı, həm də “NATO 3.0”-ı gücləndirməyi hədəfləyir”, - deyə nazir bildirib.
“NATO 2.0”-ın soyuq müharibənin bitməsindən sonra ortaya çıxdığı ümumən qəbul edilir. İndi isə Vaşinqton alyansı “NATO 3.0”-a çevirmək istəyir. Bu baxış Birləşmiş Ştatlar və Avropa komandanlıqlarının təklifləri nəzərə alınmaqla aparılacaq, habelə Konqres və müttəfiqlərimizlə məsləhətləşmələri əhatə edəcək”, - deyə Heqset əlavə edib.
Daha əvvəl Pentaqon ABŞ qoşunlarının Avropada gələcək dislokasiyası ilə bağlı altıaylıq araşdırma elan etmişdi.
Prezident Donald Tramp NATO-dan narazılığını dəfələrlə dilə gətirib və hətta Birləşmiş Ştatları alyansdan çıxarmaqla hədələyib.