KÜR ÇAYI DELTASININ LİLDƏN TƏMİZLƏNMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMİ YERİNƏ YETİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Neftçalada indiyədək on milyard manatlıqdan artıq iş görülmüşdür. Sahədəki iri həcmli meliorativ tədbirlər üç istiqamətdə həyata keçirilir. “İnam” gəmisi çayın müəyyənləşdirilmiş hissəsindən Xəzərə tərəf 2400 metrə qədər irəliləmiş, çayın dənizə qovuşduğu zolağı 1000 metr uzunluqda lildən təmizləməklə dərinləşdirmiş, Bala Kürün məcrası isə 2600 metrlik məsafədə yenidən qurulmuşdur. Son günlər inşaat işlərini daha da sürətləndirmək məqsədi ilə deltaya əlavə texnika və işçi qüvvəsi gətirilmişdir. İnşaatçılar gələn ilin sonunadək daha 13 milyard manatlıq iş həcmi yerinə yetirməyi nəzərdə tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:21]
“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib
- 02.10.2026 [15:49]
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- 02.10.2026 [15:42]
Azərbaycanda pul bazası artıb
- 02.10.2026 [15:11]