KÜRDƏMİR DAİRƏVİ AVTOMOBİL YOLUNUN AÇILIŞI
Sentyabrın 24-də Kürdəmir dairəvi avtomobil yolunun açılışı olmuşdur.
Bura toplaşan inşaatçılar Prezident İlham Əliyevi səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, yolun texniki-iqtisadi göstəriciləri ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov layihə üzrə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, podratçı İtaliyanın “Todini Spa” şirkəti, məsləhətçi isə “Scott Vilson” şirkətidir. Layihənin dəyəri 9,1 milyon ABŞ dolları təşkil edir. Yolun ümumi uzunluğu 10 kilometr, eni isə 15 metrdir. İkizolaqlı yol boyunca 44 ədəd suötürücü, 2 mal-qara keçidi tikilmişdir.
Prezident İlham Əliyev yolun müasir tələblər səviyyəsində tikildiyini söylədi, inşaatçıları təbrik edərək, onlara uğurlar arzuladı.
Bununla da Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |

