Kürdəmirdə koronavirus pandemiyasına qarşı təxirəsalınmaz tədbirlər davam etdirilir
Kürdəmir, 16 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının Kürdəmir rayonunda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəsinin yüksəldilməsi məqsədilə şəhərin yaşayış binalarında, ümumi istifadə olunan ərazilərdə, girişlərdə, pilləkənlərdə tibbi-profilaktik, dezinfeksiya tədbirləri həyata keçirilir. Virusa qarşı təhlükəsizlik tədbirləri, habelə bütün qeyri-yaşayış binalarında, ticarət və xidmət obyektlərində, ödəniş terminalları və bankomatlarda, şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda tələb olunan sanitar qaydalara riayət etməklə icra olunur.