Kürdəmirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:15]