KÜRDƏMİRDƏ YENİ EMAL MÜƏSSİƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Sentyabrın 24-də Kürdəmir rayonunda “Qelios” Məhdud Məsuliyyətli
Cəmiyyətinin şərab, şirə istehsalı kombinatı istifadəyə verilmişdir.
Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və düyməni basaraq müəssisəni işə saldı. Hazırda burada 150 nəfər çalışır. Müəssisədə quraşdırılmış avadanlıq İtaliya istehsalıdır. İstehsal olunan məhsullar İSO və HAS sertifikatlarına layiq görülmüşdür. İşçilərin orta əmək haqqı minimum 250 manat təşkil edir. Kombinat tam gücü ilə işləyəndə ildə 20 min ton məhsul istehsal edəcək, burada 650 nəfər çalışacaqdır.
Kombinatın üzüm, nar və digər meyvələr yetişdirilən bağları var və gələcəkdə onların sahəsi genişləndiriləcəkdir.
Prezident İlham Əliyev müəssisənin nar qəbulu məntəqəsinə baxdı, yerli məhsulların xarici bazarlara çıxarılmasının əhəmiyyətini vurğuladı, ölkəmizdə özəl sektorun inkişafına hər cür şəraitin yaradıldığını bildirdi.
######
![]() |
![]() |
![]() |


