KÜRDƏMİRƏ İKİNCİ SU KƏMƏRİ ÇƏKİLİR
Bu günlərdə çəkilişinə başlanmış Külüllü-Kürdəmir ikinci su kəməri 19 min nəfərə yaxın əhalisi olan Kürdəmir şəhərinin su təchizatı problemini tamamilə həll edəcəkdir. Bu məqsədlə 27 kilometr məsafədə olan Girdiman çayından 300 millimetrlik boru xətti çəkilmişdir. 8,5 milyard manata başa gələcək yeni kəmər dövlət vəsaiti hesabına çəkilir. İşlər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülür.
Kürdəmir rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kəmərin çəkilişinin 2005-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Şəhər ictimaiyyəti bu əlamətdar hadisəni böyük sevinclə qarşılamış, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 15.06.2026 [10:57]