İQTİSADİYYAT
“Kürovdağ” yatağından hasilat artacaq
Bakı, 9 yanvar, AZƏRTAC
Cari ildə “Kürovdağ” yatağından xam neft istehsalı artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, yataqdan 2021-ci ildə 1,01 milyon barrel neft hasilatı gözlənilir. Ötən il “Kürovdağ”dan istehsal 0,99 milyon barrel, 2019-cu ildə isə 1,07 milyon barrel olub.
Qeyd edək ki, “Kürovdağ” yatağı Bakıdan 120 kilometr cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1997-ci ildən müştərək müəssisə (“ŞirvanOYL”), 2009-cu ildən isə əməliyyat şirkəti (“Şirvan Opereytinq Compani Limited”) tərəfindən istismar edilir. “Kürovdağ” neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 1955-ci ildə məhsuldar qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]