KÜVEYTDƏ RESPUBLİKA GÜNÜ ŞƏRƏFİNƏ BAYRAM ŞƏNLİYİ
Səfir Şahin Abdullayev bildirmişdir ki, Respublika günü nəinki ölkəmizin, hətta bütün müsəlman Şərqinin tarixində ilk demokratik dövlət qurulması günü kimi böyük əhəmiyyət daşıyır. Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıran səfir vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət müstəqilliyimiz yenidən bərpa edilmiş və hazırda ölkəmiz sürətlə irəliləyir.
Küveytdə yaşayan həmyerlilərimiz Akif Əliyev, Aydan Tağızadə, Arif Məmmədov, Maqsud Əliyev, Davud Məmmədzadə, Ağa Allahverdiyev, Nailə Babayeva, Nərgiz Allahverdiyeva əziz bayram münasibətilə xalqımıza ən xoş arzularını yetirmişlər. Mərasimdə iştirak edən xarici ölkə səfirliklərinin təmsilçiləri, yerli KİV-lərin nümayəndələri də bu arzulara qoşulmuşlar.
Tədbir süfrə arasında musiqili-ədəbi məclislə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]