Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Küveytdə Şuşaya həsr olunmuş konfrans keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” adlı konfrans təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda Küveyt Xarici İşlər, Səhiyyə, Təhsil və İnformasiya nazirliklərinin əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Küveytin ali təhsil ocaqlarının və beyin mərkəzlərinin təmsilçiləri, Küveyt Dövlətində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, bu ölkədə fəaliyyət göstərən Türk məktəbinin müəllimləri, habelə burada təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov konfransı açaraq Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə geniş nitq söyləyib.

Səfir çıxışında 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və bu il ICESCO tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verib. Diplomat Şuşanın tarixi, coğrafiyası və mədəniyyətindən ətraflı bəhs edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il Şuşa şəhərinin işğaldan azad edildiyi tarixin – 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini bildirib.

Səfir Şuşa şəhərində keçirilən çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə toxunaraq, Azərbaycanın Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdən geniş danışmış və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının bu il noyabrın 16-da Azərbaycanın işğaldan azad edilmiş daha bir rayonunda - Zəngilanda keçirildiyini vurğulayıb. O, həmçinin TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət rəhbərlərinin və hökumət üzvlərinin işğaldan azad edilmiş Qarabağa səfərlərini məmnunluq və minnətdarlıq hissi ilə xatırlayıb və bu ölkələr tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdən bəhs edib.

Səfir 30 il öncə öz doğma yurdlarından köçkün düşmüş insanların öz evlərinə qayıtmalarının təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən “Böyük Qayıdış” proqramının hazırlandığını diqqətə çatdırıb, Qarabağ və Şərqi Zəngəzur rayonlarının Prezident İlham Əliyev tərəfindən "Yaşıl Enerji Zonası" elan edildiyini və bunun qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsulu olduğunu bildirib.

Türkiyə Respublikasının Küveyt Dövlətindəki səfiri xanım Tuba Nur Sönməz çıxışında bildirib ki, bugünkü toplantı həm də Azərbaycanın məşəqqətli Qələbəsini xatırladır, onun xalqının dözümlülüyünün və qətiyyətinin göstəricisidir. Bu tarixi nailiyyətdən sonra Türkiyə işğaldan azad edilmiş bu ərazilərin inkişafı və yenidən qurulması üçün tərəfdaşlıq əlini uzatmağa hazırdır. Azərbaycanın çiçəklənməsinə sadiqliyimiz sarsılmazdır və xalqlarımız arasında dərin köklərə malik olan bağı əks etdirir. “Yeni nəqliyyat xətlərinin açılması, işğaldan azad edilmiş şəhərlərin yenidən qurulması və tarixi abidələrin bərpası ilə Azərbaycan, şübhəsiz ki, regionu iqtisadi və turizm mərkəzinə çevirəcək. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı çox böyükdür və bu potensialı həmin torpaqları vətən adlandıran insanların rifahı üçün açmaq bizim borcumuzdur”, - deyə türkiyəli diplomat vurğulayıb. O əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin rəhbərliyi altında ikitərəfli əlaqələrimiz təkcə region üçün deyil, bütün dünya üçün nümunəvi səviyyəyə çatıb.

Daha sonra çıxış edən Qazaxıstanın Küveytdəki səfiri Azamat Berdibay bildirib ki, Qazaxıstan Prezidentinin göstərişi ilə bu ilin sonunda Azərbaycanın Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi tikiləcək. Mərkəz xalqlarımız arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyin nümunəsi kimi Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olacaqdır. Səfir əlavə edib ki, Qazaxıstan və Azərbaycan dünya siyasətinin bir çox məsələlərinə dair oxşar mövqeyə malikdirlər və BMT, İƏT, MDB, İƏT, CİCA kimi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Qırğızıstanın Küveytdəki səfiri Azamat Karaqulov çıxışında bildirib ki, onun ölkəsi Qarabağda müharibənin başa çatmasını, regionda sabitlik və həyatın canlanmasını alqışlayır. O əlavə edib: “Biz, eyni zamanda, Cənubi Qafqaz regionunda xalqların mənafeyi naminə qalıcı sülhün yaradılmasına ümid edirik”.

Şimali Kipr Türk Respublikasının Küveyt Dövlətindəki Təmsilçiliyinin rəhbəri Altınc Keskin çıxışında qeyd edib ki, 30 illik Ermənistan işğalından və soyqırımı siyasətindən sonra qədim türk torpaqları olan Qarabağ ərazisi Prezident İlham Əliyevin rəhbərliyi altında və qəhrəman Azərbaycan xalqının şücaəti nəticəsində işğaldan azad edildi. “Qarabağın incisi” adlanan Şuşa Azərbaycan xalqı üçün böyük mənəvi və mədəni dəyərə malikdir. Orada çox sayda ziyalılar, yazıçılar, şairlər, musiqiçilər yaşayıb-yaradıblar. Ona görə Şuşa Azərbaycan xalqının zəngin mədəniyyətinin mənbəyi hesab olunur. Hesab edirəm ki, Şuşa hər bir türk vətəndaşı üçün xüsusi və unikal bir məkandır”, - deyə diplomat vurğulayıb.

Konfrans bitdikdən sonra iştirakçılara ziyafət verilib.

Bununla yanaşı, səfirliyin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumatları ehtiva edən kitabça hazırlanıb və orada Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa və quruculuq işlərini, habelə orada keçirilən mədəni tədbirləri özündə əks etdirən şəkillər yerləşdirilib.

Konfrans çərçivəsində səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, “İrs” jurnalının Şuşa şəhəri ilə bağlı xüsusi buraxılışı və Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş nömrələri, habelə digər təbliğat materiallarından ibarət sərgi təşkil olunub.

Səfirlik tərəfindən “Youm əl-Bahar” parkında təşkil olunan Bahar Festivalında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.

Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim olunub. Səfirlik üzərində Xarıbülbül və Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçalar təşkilatçılara hədiyyə olaraq təqdim edib.

Şuşa şəhərinin 2023-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunmuş konfrans barədə məlumatlar Küveytin ərəbdilli “əl-Nahar”, “əl-Qabas”, “əl-Siyasa”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə”, “əl-Vasat” və ingilisdilli “Kuwaittimes” qəzetlərində, www.q8-press.com elektron xəbər portalında və həmin KİV-lərin sosial şəbəkələrində geniş işıqlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV