Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın və Kəlbəcərin at və qoç təsvirli abidələri

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycanın ayrılmaz parçası olan Qarabağ diyarı İslam dövrü abidələri ilə zəngindir. Bu abidələrin bir qrupu at və qoç təsvirli məzar daşlarından ibarətdir. Məzar daşlarının bu formada hazırlanması İslamdan əvvəlki dini ayinlərə olan inamın saxlanması baxımından insanların öz keçmişini yaşatdığını sübut edir. Xalqımız əsrlər boyu bu torpağın varisləri və sahibləri olduqlarını kitabələr vasitəsilə bu günümüzə qədər fakt kimi çatdırıblar. Bu təsvirli məzar daşlarının Qarabağda XV əsrin sonlarından XIX əsrin əvvəllərinə kimi hazırlandığını nəzərə alsaq, bəhs olunan bölgədə bu tip qəbirlərin üç yüz ildən artıq bir müddətdə tarixi olduğunu görürük.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə deyib.

Alim bildirib ki, Azərbaycanda daşişləmə sənətkarlığının qədim ənənələri mövcuddur. Keçmişin yadigarı olan daş abidələrimiz öz bədii və estetik xüsusiyyətlərinə görə digər sənətkarlıq nümunəsindən geri qalmır. Daşın üzərində oyma, yonma, cızma üsulları ilə icra olunan təsvirlər və yazılar öz məzmunu, bədiiliyi baxımından diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, epiqrafik abidələrdə ən çox maraq kəsb edən, daş ustalarının keçmiş dini etiqadlara uyğun olaraq at və qoç təsvirli heykəllər düzəltməsi idi. Bu cür təsvirli məzar daşlarına Laçın, Kəlbəcər rayonlarında daha çox rast gəlinir. Bu da təsadüfi deyildir. Məhz tarixən at və qoç xalqımızın yaddaşında bolluq, bərəkət, sərvət rəmzinə çevrilmişdir. Daşdan yonulmuş at və qoç fiqurlarının bir çoxlarında ornament motivlərinə də rast gəlinir. Bu fiqurların dekorativ bəzəkləri içərisində nəbati və həndəsi ornamentlər, yazılar və süjet xarakterli kompozisiyalar əsas yer tutur. İnsanlara böyük estetik zövq bəxş edən belə abidələr vasitəsilə onlara vahid Allahın adı ilə insanpərvərlik, xeyirxahlıq, ədalət, rəhm və bir-birinə inam hissləri aşılanır.

Onun sözlərinə görə, Qarabağ ərazisində XX əsrin 60-70-ci illərində epiqraf alim Məşədixanım Nemətova tərəfindən at və qoç təsvirli abidələr tədqiq edilib. Laçın rayonunun Güləbird və Malıbəyli kəndləri ərazisindəki məzar daşları XVI-XVII əsrlərə aid olub üzərindəki damğa və işarələr baxımından maraq doğurur. Bu epiqrafik materiallara və digər təsviri incəsənət motivlərinə əsasən Qarabağ abidələrinin formalaşmasında qədim türk tayfalarının böyük rol oynadığı faktı ortaya çıxır. Rayonun Malıbəyli kəndi yolunun sol tərəfində yerləşən alban məbədlərinin yanında üç ədəd at təsvirli məzar daşı abidələri vardır. Birinci daşda hicri 977-ci il (miladi 1569-1570) tarixi qalıb. İki və üçüncü daşın sol tərəfində günəş və insan təsviri çəkilmiş və insanın sağ əlində quş təsvir edilib. At fiqurunun ayaq hissəsində ərəb dilinin süls elementli nəsx xətti ilə yazılmış kitabədə deyilir: “Onun sahibi Yəhyadır” (tərcümə M.Nemətovaya məxsusdur). Hər üç at fiqurunun sol arxa ayağındakı aşağı hissəsində də eyni damğalar vurulub. Texniki hazırlanma xüsusiyyətləri baxımından bu damğaların oğuz türkləri və azərbaycanlılara aid olması bir daha sübut edir ki, bölgə tarixən oğuz türklərinin vətəni olub. Malıbəylinin hər üç məzar daşları eyni heykəltəraşlıq nümunəsi kimi hazırlanmaqla bütün faktlar onları XVI əsrə aid etməyə imkan verir.

Rayonun Güləbird kəndindəki at fiqurlu qəbir daşları da vardır ki, onlar da forma və məzmun baxımından XVI əsr Malıbəyli abidələrinin analoji nümunəsidir. At fiqurlu birinci abidənin sol tərəfindəki kitabədə Qurani Kərimin “ər-Rəhman” (Rəhmli olan Allah) surəsinin 26-27-ci ayələri həkk olunub: “Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir (əbədidir)”. “Qorçi oğlu rəhmətlik Məhərrəmindir. Ölümü hicri 1022-ci il.” (miladi 1613/1614-cü il) (kitabələrin tərcüməsi M. Nemətovaya məxsusdur). İkinci at fiqurlu abidədə isə yalnız tarix yazılıb: “Ölüm tarixi 1078-ci hicri ili” (miladi 1667/1668-ci il). Buradakı qoç şəkilli başqa bir məzar daşında “1221-ci hicri ili” (miladi 1806/1807-ci il) tarixi həkk edilib.

Laçın rayonundakı Ağoğlan məbədi yaxınlığında XVI əsrə aid sənduqə və at fiqurlu qəbir daşları da vardır. Bu qəbir daşlarının paleoqrafiyası, mətn kitabələri, relyefli təsvirləri Azərbaycan ərazisində dağətəyi rayonlarda kalliqraf ustaların daşlar üzərindəki işarələrlə özünəməxsus məktəb yaratdığını göstərir.

Kəlbəcər rayonunun Zar kəndində daşdan qoç təsvirli qəbir abidələri də vardır. Bu dörd ədəd daşlardakı epitafiyalarda əsasən Fərəhxanlı nəslinin adları həkk edilib və daşlardakı tarix XIX əsrin əvvəllərinə aiddir. Beşinci abidədə isə Şeyx Fərmanın adı həkk edilib. Epiqrafik mənbələr və təsviri incəsənət motivlərinin eyniliyi baxımından Urud və Kəlbəcər abidələrini qədim türk elementlərinin oxşarlığı hesab etmək olar. Kəlbəcər rayonunda yerli əhali at fiqurlu daşları haqlı olaraq “türk abidələri” adlandırıb. İncəsənət baxımından mükəmməl formada hazırlanmış bu abidələrdə qədim türk tayfalarına aid totemizmin qalıqları aydın görünür.

“Haqqında bəhs etdiyimiz bu abidələrin salamat olması hələlik qeyri-müəyyən olaraq qalır. İşğaldan azad olunmuş torpaqlardakı mədəni irsimizin yaxın gələcəkdə yenidən bərpası istiqamətində dövlətin atacağı addımlar sırasında Qarabağın at-qoç təsvirli məzar daşı abidələrinin də axtarışı, onların bərpası və əvvəlki vəziyyətinə qaytarılacağı şübhəsizdir. Çünki onlar xalqımızın keçmişinin bizlərə miras qalmış yadıgarları olmaqla üzərində yaşadığımız bu torpağın bizə vətəndaşlıq hüququ verən pasportlarıdır”, - deyə Anar Ağalarzadə əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək