Laçında məktəblilərin qar sevinci FOTO VİDEO
Laçın, 15 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Laçın şəhərinə qar yağıb. Yağan qar ən çox məktəblilərin sevincinə səbəb olub.
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Laçına mövsümün ikinci dəfə yağan qarı ötən gündən başlayıb və hündürlüyü 4-5 santimetrə çatır. Ağ örpəyə bürünən Laçın mənzərəsi ilə diqqət çəkir. Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdləri dərs fasilələrində və dərsdən sonra qış ab-havasından zövq alıb, qar topu oynayıblar.
Həmin fotoları təqdim edirik.