Lamin Yamal mövsümü erkən başa vura bilər
Bakı, 23 aprel, AZƏRTAC
İspaniya La Liqasının XXXIII turunda “Selta” ilə oyunda (1:0) zədələnən “Barselona”nın futbolçusu Lamin Yamalın durumuna aydınlıq gəlib.
AZƏRTAC ESPN nəşrinə istinadən xəbər verir ki, 17 yaşlı vingerə budun arxa əzələsində yırtıq diaqnozu qoyulub.
Zədənin müalicə müddəti sabah keçiriləcək tibbi müayinədən sonra müəyyənləşəcək. Diaqnoz təsdiqlənərsə, yarımmüdafiəçinin mövsümü erkən başa vuracağı dəqiqləşəcək.
Xatırladaq ki, Lamin Yamal “Selta” ilə qarşılaşmanın 40-cı dəqiqəsində penaltidən qol vurub hesabı açdıqdan sonra zədələnib və oyunu davam etdirə bilmədiyi üçün meydanı tərk edib. Futbolçu bu mövsüm 45 matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]