Latviya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
Bakı, 10 fevral, AZƏRTAC
Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin prezidentlərinin, sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı gözlənilir.
Xatırladaq ki, bu, Bakıda keçirilən sayca beşinci Forumdur. İlk Forum 2013-cü ildə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]