Latviya və Belarus şaybalı xokkey üzrə dünya çempionatının təşkili məsələsini nəzərdən keçirəcək
Riqa, 18 avqust, AZƏRTAC
Latviya Təhsil və Elm Nazirliyindən “LETA” agentliyinə verilən məlumata görə, hökumət növbədənkənar iclasda 2021-ci ildə Belarusla birgə şaybalı xokkey üzrə dünya çempionatının təşkili ilə əlaqədar nəzərdə tutulan planlar barədə təklifləri dinləyə bilər.
AZƏRTAC xəbər verir ki, hökumətin növbədənkənar iclasında Belarusdakı vəziyyət nəzərdən keçiriləcək və toplantı çərçivəsində 2021 şaybalı xokkey üzrə dünya çempionatının təşkili məsələsi müzakirə olunacaq.
Çempionatın paytaxt Minsk və Riqa şəhərlərində, yarımfinal və final mərhələsinin isə məhz Belarus paytaxtında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Minsk 2014-cü ildə də şaybalı xokkey üzrə dünya çempionatına ev sahibliyi etmişdi.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]