Lənkəranda 10 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Lənkəran, 26 may, AZƏRTAC
Lənkəran polisi ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən, əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.