LƏNKƏRANDA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Lənkəran şəhər mədəniyyət sarayında əmək yarmarkası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzərək böyük öndərin xatirəsini ehtiramla yad etmiş, Lənkəran Dövlət Universitetində böyük rəhbərimizin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxmışlar.
Əmək yarmarkasında rayonun işaxtaran vətəndaşlarına idarə, müəssisə və təşkilatlarından 709 boş iş yeri təklif olunmuşdur. Bu iş yerlərində əmək haqqı 150-200 manat arasındadır.
Əmək Yarmarkasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək ölkəmizdə əhalinin məşğulluğunu təmin etmək sahəsində dövlətimizin həyata keçiridiyi tədbirlərdən danışmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində Lənkəran rayonunda 21 min yeni iş yerinin açıdığını diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:46]
® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb
- 11.06.2026 [16:18]
Bakı metrosu yay qrafikinə keçib
- 11.06.2026 [16:13]
İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür
- 11.06.2026 [16:13]