Lənkəranda “Mən azərbaycanlıyam” adlı müsabiqə keçirilib
Bakı, 16 may, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı istedad müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə aktyorluq, bədii qiraət və rəqs istiqaməti üzrə 80-dən çox iştirakçı qatılıb. Onların məharəti tanınmış rejissor, aktyor, qiraətçi və pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin final mərhələsi may ayının 27-də keçiriləcək.