Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
Lənkəran, 8 iyun, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini, piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]
Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO
- 30.09.2026 [19:57]