Lənkəranda qənnadı müəssisəsi tikilib
Lənkəran, 17 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda cənub bölgəsində ilk dəfə olaraq qənnadı müəssisəsi tikilib. Yerli sahibkar İlham Nurəliyevin rəhbərlik etdiyi “NUR” ASC tərəfindən Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində inşa edilən müəssisə ən müasir texnologiya ilə məhsullar istehsal edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə dəyəri 4 milyon manat təşkil edən müəssisə üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5000 kvadratmetr olan dördmərtəbəli bina tikilib.
Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz ediləcək müəssisənin illik istehsal gücü 1500-1800 ton olacaq.
Burada 120 nəfər qənnadı ustası və texniki işçi işlə təmin olunacaq.
Hazırda müəssisənin ərazisində abadlaşma və yaşıllaşdırma işləri görülür. Yeni istehsalat sahəsinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.