Lənkəranda regional turizm sərgisi açılmışdır
Lənkəran, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin beş rayonunu əhatə edən regional turizm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək sərgiyə gələn qonaqlara bölgənin turizm potensialı, eyni zamanda folklor və xalq tətbiqi sənət nümunələri təqdim olunur. Sərgidə, həmçinin bölgədə fəaliyyət göstərən sənətkarların hazırladıqları dulusçuluq məmulatları, həsir toxumaları, müxtəlif növ beşik və sandıqlar nümayiş etdirilir.
Son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Cənub bölgəsinə gələn turistlərin sayında dinamik artım müşahidə olunur. Bu ilin 10 ayı ərzində təkcə Lənkəran rayonuna on bir minə yaxın turist gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]