“LEYLİ VƏ MƏCNUN” OPERASI TÜRK MUSİQİ TARİXİNİİN MƏHƏK DAŞIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri TÜRKSOY təşkilatının baş katibi Düysen Kaseinov sentyabrın 11-də açılışı keçiriləcək XI TÜRKSOY Opera günləri ərəfəsində Türkiyənin Mərsin şəhərində keçirdiyi mətbuat konfransında səsləndirmişdir.
Düysen Kaseinov bildirmişdir ki, türk opera tarixinin başlanğıcı kimi qəbul edilən “Leyli və Məcnun” operasının 100 illik yubileyi bu sənət bayramına xüsusi bir ovqat gətirir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu ölməz sənət əsəri ilə bağlı fotosərginin də keçiriləcəyini diqqətə çatdıran TÜRKSOY-un baş katibi, konsertlərdə Azərbaycandan 6 opera sənətçisinin iştirak edəcəyini söyləmişdir.
Mərsindəki konsertlərdən sonra opera günləri sentyabrın 14-də Şimali Kiprin Girnə şəhərində davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]