Leysan yağışlar və güclü külək İtaliyada fəsadlar törədib
Roma, 16 may, AZƏRTAC
İtaliyanın Emiliya-Romaniya regionunda əlverişsiz hava şəraiti ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, şiddətli yağışlar nəticəsində bəzi kiçik çaylar məcrasından çıxıb, yüzlərə evi su basıb, magistral yollar və küçələr su altında qalıb. Güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb. Torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
Bolonyada məktəblər bağlanıb, 740 nəfər təxliyə edilib. İnfrastruktura ciddi ziyan dəydiyi bildirilib. Emiliya-Romaniya regionunda qırmızı, Marke, Siciliya və Kampaniyada isə narıncı xəbərdarlıq elan edilib.
Bölgəyə ötən sutka saat ərzində 150 millimetr yağıntı düşüb, əlverişsiz hava şəraitinin hələ bir müddət davam edəcəyi gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]