Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda tədbir keçirilib VİDEO

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, zəngin idarəçilik təcrübəsinə, dönməz əqidəyə, xalqın birmənalı dəstəyinə - yüksək etimadına malik lideri olan dövlətlər möhtəşəm nailiyyətlərə imza ataraq adlarını tarixə əbədi həkk etdiriblər. Onun sözlərinə görə, Şərqdə ilk demokratik respublika yaratmış və 33 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın təcrübəsi də bu baxımdan əlamətdardır. “Çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır. Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır”, - deyə o vurğulayıb.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan regionda lider dövlətə çevrilib, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınıb.

Qazanılan tarixi nailiyyətlərlə yanaşı, qarşımızda gələcəyə yönəlik çox önəmli vəzifələrin dayandığını deyən YAP Sədrinin müavini vurğulayıb: “Dünyada qlobal kataklizmlərlə müşayiət olunan gərgin geosiyasi proseslərin baş verdiyi, yeni çağırışların meydana çıxdığı bir dönəmdə Azərbaycan Prezidentinin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənib. Azərbaycanın bu günlərdə D-8 təşkilatına yekdilliklə üzv seçilməsi də bunun növbəti bariz təzahürüdür. Şübhə yoxdur ki, öz Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaq”.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında bildirib ki, dövlət idarəçiliyində sözlə əməlin vəhdəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sosial sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması sahəsində mühüm amildir. “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri Onun verdiyi vədlərin əməli fəaliyyətində öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır”, - deyə o əlavə edib.

Vurğulanıb ki, hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən cənab İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlətimizin başçısının Azərbaycanın milli maraqlarını daim və hər yerdə uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib. Zəfər seçkisində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi bunun bariz nümunəsidir.

V.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin söz ilə əməlin vəhdətinə verdiyi önəm ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycanın daha da güclənməsinə xidmət edəcək.

Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bildirib ki, tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların taleyində müstəsna rol oynayırlar: “Belə şəxsiyyətlərdən biri dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.

Onun sözlərinə görə, uzun illər beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyi bir şəraitdə Azərbaycan böyük iradə və qətiyyət nümayiş etdirdi: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti və prinsipial mövqeyi nəticəsində Azərbaycan təkcə hərb cəbhəsində deyil, eyni zamanda, diplomatik müstəvidə də tarixi qələbə qazandı. Bu, nəinki Azərbaycanın ərazi bütövlüyünün bərpası, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi oldu.

G.Gəraybəyli qeyd edib ki, bu gün Azərbaycan hər bir istiqamətdə, o cümlədən təhsil, səhiyyə və gənclərin inkişafı sahəsində davamlı olaraq irəliləyişlər əldə edir.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında qeyd edib ki, bu gün Azərbaycan düşünülmüş siyasət sayəsində mühüm nailiyyətlərə imza atır. Dünyada gedən proseslər və mürəkkəb geosiyasi vəziyyət fonunda əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurla inkişaf edir. Ən önəmli amillərdən biri olan ictimai-siyasi sabitlik qətiyyətlə qorunur.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir.

Deputat ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən də danışıb. Deyib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

“Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik